Sumqayıtda hava

Cəmiyyət

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan"

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan"

 

Yenə də sevinirəm, könüllüyəm.

"YeniSumqayit.az" olaraq, Bakı - 2015 İlk Avropa Oyunlarının əsas hərəkətverici qüvvəsi olan könüllülərlə müsahibələrimizi davam etdiririk.

Beləliklə, "Onu tanıyaq”rubrikasının növbəti qonağı - İlk Avropa Oyunlarının Mingəçevirli könüllüsüilə sizi tanış edirik. 

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan" 

Qurban Qurbanzadə. 19 yaşı var, Dövlət İqtisad Universitetinin İqtisadiyyat və sənaye fakültəsinin tələbəsidir.

Qurban Yevlax rayonunda doğulub, orta təhsilini isə Mingəçevir şəhərində alıb. Məktəbi orta qiymətlərlə oxuyub, bir neçə dəfə bilik yarışmalarında iştirak edib və qalib olub.

Dediyinə görə müəllimlərin sevimli şagirdi olub. Azərbaycan tarixi və coğrafiya fənlərini çox sevir. Məktəbdə aldığı ən yüksək qiymət cəmi bircə dəfə 5 olub, onu da müəllim səhvən başqa şagirdin qiymətini yazıb.

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan"

Könüllü vəzifəsi Kommunikasiyanı təmin etməkdir. Rəqs qruplarında verilən tapşırıqları iştirakçılara çatdırmaq üçün onların radio qurğuları ilə təminat problemlərini həll edirlər.

Dediyinə görə işi yorucu olsa da əyləncəli bir işdir.

- Necə oldu ki, İlk Avropa Oyunlarının könüllüsü oldun?

- Düzü könüllü olmağa ilk vaxtlar maraq olmadı. Amma sonra qərar verdim ki, gəncliyimin ən gözəl çağında yaranan bu fürsəti niyə də dəyərləndirməyim. Fevral ayında qeydiyyatdan keçmək istədim, ancaq eşitdim ki qeydiyyat bitib. Üstündən keçdim.

Martda məlum oldu ki, könüllülük üçün universitetimiz üzrə əlavə yerlər ayrılıb. Sevinərək qoşuldum.

Həyatımda yenilik, təcrübə, ingilis dilimin inkişafı və s. üçün əla fürsət idi. Təlimlərə başladım. Mayın 2-dən ilk təlimə getdim. Həyacanlı idim. Olimpiya stadionu ərazisində idim artıq. Amma heç yeri tanımırdım. Uşaqlar yad. İlk gün sözün düzü sıxıcı gəldi. Amma növbəti təlimdə artıq ərazini az çox tanımağa başladım deyə rahat idim artıq.

Mənim könüllü vəzifəm kommunikasiyadır. Rahat, sadə işdir. Demək olar ki, hamıyla yaxşı ünsiyyətim var. Günümüz bir yerdə əla keçir. Rastel və Lucy stajerlərimiz də səmimi insanlardır.

Könüllülərə verilən güzəştlərdən birindən istifadə edərək imtahanlarından birinə girməyərək yaya saxladım. Digərimtahanlardan kəsrsiz keçdim.

Yenə də sevinirəm, könüllüyəm. 

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan"

Qurban deyir ki, özünü daha çox düşünür. Əylənməyi, zarafat etməyi çox sevir.

Kompüterlə vaxt keçirməyi və mahnı ifa etməyi xoşlayır. Boş vaxtlarını fərdi inkişafla bağlı kitablar, dastanlar və s. oxumaqla keçirir.

- İlk Avropa Oyunlarının könüllüsü olmaq Qurbana nə verdi?

- İngilis dilini danışıq səviyyəsində bilməsəmdə fikrimi çatdıra, qarşı tərəfin nə dediyini anlaya bilirəm. Amma ilk başda gələndə həqiqətən çox çətinlik çəkirdim. Həm də yeni insanlar tanıdım. Qrup yoldaşlarımın bəziləri ilə eyni departamentdə olduğumuz üçün hər təlimdə görürük bir-birimizi. İnsanlarla münasibət qurmağı çox da sevmirdim. Amma mümkün qədər gülərüz davranmağa çalışıram. Ən azı ətrafında olan insanlardan ilhamlanaraq edirəm.

BAKI - 2015-in Mingəçevirli könüllüsü: "Xoşum gəldi Sumqayıtdan"

- Həmyaşıdlarına tövsiyələrin?

- Boş xəyallara baş yormaqdansa dəqiq hədəflər seçsinlər. Zəif iradəli olmasınlar. Ətrafında olan insanların fikirlərini dinləsələr də (hörmət xatirinə), amma öz fikirlərini, öz istəklərini etsinlər. Özüm başda olmaqla hər bir gəncə uğurlar arzulayıram.

- Sumqayıt barədə təəssüratların?

- Hava biraz çirkli olsa da gözəl şəhərdir Sumqayıt. Çox olmasamda xoşum gəldi Sumqayıtdan, sakit yerdir.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR