Sumqayıtda hava

Cəmiyyət

RAMAZANA ÖZƏL - Orucun hökmləri

 

Hörmətli oxucular! Mübarək Ramazan ayının gəlişi ilə əlaqədar orucla bağlı şəri hökmləri diqqətinizə təqdim edirik.
Allah oruc və namazlarınızı qəbul etsin!

Oruc o əməldir ki, insan Allah-Təalanın əmrini yerinə yetirmək üçün sübh azanından məğrib (şam) azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinərək onu icra edir.


Niyyət

İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; "sabah oruc tutacağam” deyərək niyyət etməsi şərt deyildir. Yalnız Allah-Təalanın əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən əməllərdən özünü saxlasın.
İnsan orucluq ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər. Yaxşı olar ki, ayın ilk gecəsi bütün ayın orucunu niyyət etsin.
Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanından qabaqdır. Yəni hər nə qədər yatmaq və bu kimi şeylər vasitəsi ilə öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq oruca niyyət etməlidir.
Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən mütləq Allaha yaxınlaşmaq niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və sonradan o günün orucunu da qəza etməlidir.

Ramazan ayından başqa günlərdə oruc tutmaq istəyən şəxs, onun niyyətini müəyyən etməlidir. Məsələn; "qəza orucu və kəffarə orucunu tuturam” deyə niyyət etməlidir. Amma Ramazan ayında "Ramazan ayının orucunu tuturam” deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir orucu niyyət edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir.

Əgər Ramazan ayının olduğunu bilib və qəsdən Ramazan ayından qeyri günün orucunun niyyətini edərsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz. Əgər o məqsəd Allaha yaxınlaşmaq qəsdinə zidd olsa (hətta ziddiyyətli olmasa belə), ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.

Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci ya üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Əgər sübh azanından əvvəl niyyət etsə və bundan sonra bihuş olub günarası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu sonadək saxlamalıdır. Əgər tam saxlamasa, onun qəzasını yerinə yetirməlidir.

Əgər sübh azanından qabaq niyyət edib, sonra sərxoş olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.

Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Buna baxmayaraq şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyata əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, hökm eynidir. Amma zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, orucu səhihdir.
Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəbb oruc tutmaq istəsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

Meyitin orucunu yerinə yetirmək üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda qəza orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruca niyyət etsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma zöhrdən sonra agah olsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra da xatırlayarsa, orucunun səhih olması şübhəlidir.

Əgər Ramazan ayının orucundan başqa, müəyyən olmayan oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzir etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməyə, ya unuda zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata əməl etməlidir.

Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün məsələn; kəffarə orucu kimi, qəsdən zöhrə qədər niyyət etməsə, eybi yoxdur. Əgər niyyətdən əvvəl oruc tutmaq qərarına gəlsə ya oruc tutub-tutmaması barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət edibdirsə, orucu səhihdir.

Əgər Ramazan ayında, zöhrdən əvvəl kafir müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən oruc niyyəti etsin və orucu başa vursun. Əgər o gün oruc tutmasa, onun qəzasını yerinə yetirsin.

Xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyildir.

İnsanın Şəbanın son günü yaxud Ramazanın ilk günü olmasında şübhə etdiyi gün oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma "Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın” deyə niyyət edərsə, hərçənd orucunun səhih olması uzaq olmasa da, qəza və bu kimi oruca niyyət etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunar. Əgər təyin etmədən, oruc olmağa niyyət edə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğundan şübhə etdiyi gündə, qəza, müstəhəbb və bu kimi bir oruc niyyəti ilə oruc tutsa və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.
Müəyyən vacib bir orucda (Ramazan ayının orucu kimi) orucunu batil edib ya etməməsində müəyyən qərara gələ bilməsə, ya orucunu pozacağına niyyət eləsə, ehtiyata əsasən etdiyi niyyətindən qayıtsa da və orucu batil edən bir iş görməsə də orucu batil olar.

Müstəhəbb və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi niyyət etsə və ya belə bir işi görüb-görməmək barədə tərəddüdə düşsə, əgər həmin işi görməsə, belə ki, vacib orucda zöhrdən əvvələ qədər və müstəhəbb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.


Orucu batil edən əməllər aşağıdakılardır:

1. Yemək və içmək;

2. Cima (cinsi əlaqə);

3. İstimna (insanın özündən sperma xaric etməsi);

4. Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin (s) canişinləri olan İmamlara (ə) yalan isnad vermək;

5. Qəliz tozun boğaza yetişməsi;

6. Məşhur rəyə əsasən, başı tamamilə suya batırmaq;

7. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq;

8. Axıcı şeylərlə imalə etmək;

9. Qusmaq.

 

Qafqazislam.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR