Sumqayıtda hava

Manşet, Cəmiyyət

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib

Qəbulda Abşeron, Sumqayıt və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak edib.

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif bölgələrində vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.
"Yeni Sumqayıt"ın Əmlak Məsələləri Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata əsasən Komitə sədri Kərəm Həsənov tərəfindən 21 noyabr 2014-cü il tarixində Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib. Vətəndaş qəbulu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində baş tutub.
Qəbulda Abşeron, Sumqayıt və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak edib. Komitə sədri vətəndaşların müraciətlərinə baxıb, onların təkliflərini dinləyib. Müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.
Komitə sədri müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib.
Vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən müvafiq elan verilib və qeydiyyat üçün əlaqə vasitələri göstərilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili və vətəndaşların müraciətlərinə baxılması növbəti aylarda da davam etdiriləcək.
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR