Sumqayıtda hava

Elan

Pulsuz elektron imza əldə etmək istəyənlər bu təlimə qatılsın

Pulsuz elektron imza əldə etmək istəyənlər bu təlimə qatılsın

 

"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə birgə "Elektron hökumət portalı: vətəndaş dövlət münasibətlərində yeni ünsiyyət platforması” mövzusunda seminar təşkil edir. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. 

25 iyun 2015-ci il, saat 14.00-dan 18.00-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) ofisində, Bakı şəh. Dilarə Əliyevə küç. 185 ünvanında təşkil olunacaq təlimin iştirakçıları elektron hökumət portalının müxtəlif aspektləri haqqında məlumatlandırılacaq və təlimdə ən aktiv iştirak etmiş 10 nəfərə pulsuz elektron imza sertifikatları hədiyyə olunacaq.

Təlimdə ekspert qismində çıxış edən Məlumat Hesablama Mərkəzinin şöbə müdiri, İlqar Abdullayev elektron hökumətin formalaşdırılması, inkişaf mərhələləri və infrastrukturu haqqında danışacaqdır. Cənab Abdullayev eyni zamanda dövlət reyestri, açıq hökumət və elektron hökumətin inkişaf perspektivləri və bu istiqamətdə gənclərin rolu haqqında məlumat verəcək. 

Fasilədən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması və Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi sistemi haqqında çıxış edəcək. 

Növbəti fasilədən sonra mərkəzin mütəxəssisi, Günay Hüseynova vətəndaşlar tərəfindən daha çox istifadə olunan elektron xidmətlər, elektron arayışlar barədə və bu arayışları tətbiq edən bankar barədə məlumat verəcək. Növbəti sessiyada isə, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov elektron imza infrastrukturu, ondan istifadə qaydaları, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu haqqında məlumat verəcək. 

Daha ətraflı məlumat üçün layihənin koordinatoru Bəxtiyar Aslanov ilə bakhtiyar@transparency.az ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.

Seminar USAID-in maliyyə dəstəyi ilə "Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR