Sumqayıtda hava

Faydalı

Qədrini bilmədiyimiz şəfalı BİTKİ

Qədrini bilmədiyimiz şəfalı BİTKİ

 

Kərəvizi az adam tanıyır. Onun çox dəyərli şəfa mənbəi olduğunu isə ondan da az adam bilir. Bu qeyri-populyar bitkidən qadınlar yalnız şoraba qoyanda istifadə edirlər. Halbuki kərəviz bütöv bir əczaxananı əvəz etməyə qadirdir.
Kərəvizi dəyərli edən ilk növbədə, natrium kimi vacib elementlə zəngin olmasıdır. Kərəvizdə natriumun faizi kalsiumdan 4 dəfə artıqdır və onu həmişə duru halda saxlaya bilir.
Bu, bizə nə verir?
Məsələ bundadır ki, külli miqdarda bişmiş, duza və ya şəkərə qoyulmuş, konservləşdirilmiş qidalar qəbul edən insanların bədənində üzvi kalsium qeyri-üzvi kalsiuma çevrilir, kristallar şəkilində yığılıb bədəndə qalır. Müxtəlif orqanlarda, xüsusilə də oynaqlarda yığılıb qalan belə elementlər bir çox xəstəliklər törədir, sinir sistemini güclü şəkildə pozur, hərəkəti məhdudlaşdırır, böyrəkləri, prostat vəzini sıradan çıxardır, cinsi fəaliyyəti zəiflədir. İnsanların, xüsusilə də qadınların tez qocalması da qeyri-üzvi kalsiumun "xidmətidir". Qeyri-üzvi kalsiumu əksər xəstəliklərin baisi hesab etsək, yanılmarıq. 
Kərəvizdə bol olan natrium belə bir qəddar düşməni neytrallaşdıra bilir. 
Kərəviz maqnezium və dəmirlə də zəngindir. Bu elementlər qandakı hüceyrələri qidalandırmaq üçün çox zəruridir. 
Kərəvizin tərkibində həmçinin S vitamini və bol miqdarda digər faydalı mikroelementlər də  var.
Kərəvizin həm yarpaqları və gövdəsi faydalıdır, həm də kökü. Gündə 2-3 stəkan kərəviz şirəsi içən xəstə bir çox dərdlərə qalib gələ bilər. Kərəvizi kök, cəfəri və ispanax şirələrinə qatıb içəndə onun müalicə təsiri daha da güclənir.
Ərşad Əzimzadə - Yazıçı-publisist, "Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR