Sumqayıtda hava

Cəmiyyət

Leyla Əliyeva oğlanları ilə Bakı zooparkında - FOTOLAR

Leyla Əliyeva oğlanları ilə Bakı zooparkında - FOTOLAR 

İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün tikilmiş yeni qəfəsin açılış mərasimində iştirak edib.

Leyla Əliyeva oğlanları ilə Bakı zooparkında - FOTOLAR

L.Əliyeva zooparkda yaşayan pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin tikilməsi təşəbbüsü ilə çıxış edib.

Leyla Əliyeva oğlanları ilə Bakı zooparkında - FOTOLAR

Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla yanaşı, daha işıqlı və rahatdır. Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tam tikili, həmçinin böyük hovuz, oynamaq və dincəlmək meydançası, əyləncəli  və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.

Leyla Əliyeva oğlanları ilə Bakı zooparkında - FOTOLAR

Beləcə pələngin yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və rahatlığı tam təmin edilib.

Açılış mərasimindən sonra Leyla Əliyeva Zooloji Parkda saxlanılan digər heyvanların məskunlaşma şəraiti ilə tanış olub, öz təklif və tövsiyələri ilə bölüşüb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR