Sumqayıtda hava

Maraqlı

"Bakı-2015" qızıl iPhone-ları satışda - FOTOLAR

"Bakı-2015" qızıl iPhone-ları satışda - FOTOLAR 

iPhone bazasında lüks klass smartfon istehsalçısı olan zərgərlik brendi Caviar İlk Avropa Oyunlarına həsr olunmuş eksklüziv Caviar Olympia smartfon kolleksiyasını buraxıb.

Smartfonun qızıl korpusunda Azərbaycanın ən tanınan simvolları olan od, su, simurq quşu, xalça və narı birləşdirən Oyunların loqotipi həkk olunub. Şərq naxışı ilə incə həkk smartfonun nəfis və cəlbedici dizaynını tamamlayır.

"Bakı-2015" qızıl iPhone-ları satışda - FOTOLAR

Yeni Caviar Olympia modeli özündə dünyada ən yaxşı smartfonun yüksək texnologiyalarını və nəfis zərgər işini birləşdirir.

"Bakı-2015"-ə həsr edilən qızıl "iPhone 6”nın qiyməti 3150 manatdır. İlkin ödəniş 2200 manatdır.Smartfon eksklüziv olaraq Caviar-ın Bakıdakı butikində təqdim olunur. 

Fins.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR