Sumqayıtda hava

Cəmiyyət

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

"Əlil Sahibkarlar Təşkilatı” İB tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində layihəyə cəlb edilmiş əlillər Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslərə məxsus müəssisələrə ekskursiyaya aparılıblar.

İB-nin Mətbuat Xidmətindən "YeniSumqayit.az"a verilən məlumata əsasən, ekskursiya zamanı kiçik və orta sahibkarlıq subyekti kimi nümunəvi işini qura bilmiş əlil sahibkarlara məxsus bir neçə müəssisənin fəaliyyəti öyrənilib.

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən, Abbas Əliyevə məxsus "ABBAS MARKET” satış ticarət məntəqəsində əlillərimizi təmiz uniformalarda qarşılayan gülərüz satıcıların isti münasibəti və marketdə hökm sürən səliqə-səhman ilk andan satıcı mədəniyyətinin varlığından, peşəkarlıq səviyyəsindən xəbər verirdi. İşçi personal alıcılara nümunəvi xidmətin göstərilməsi və alıcı məmnunluğunun qazanılması kimi əhəmiyyətli peşəkar vərdişlərin sirlərindən söz açıb. Kassa aparatlarında əqdlərin qeydiyyatı prosesi, satış üçün daxil olmuş malların qəbulu, anbarlaşdırılması, satış rəflərində düzgün yerləşdirilməsi və düzülüşü, keyfiyyətli müştəri xidmətlərinin təşkili, mühasibat-uçot sənədlərinin düzgün tərtibi və s. zəruri olan əməliyyatlar əyani nümayiş etdirilib.

Marketin sahibi sahibkarlıq fəaliyyətinə başladığı ilk anlarda qarşılaşdığı çətinliklər və onların həlli yolları barədə keçdiyi təcrübi bilgiləri bölüşməklə yanaşı, uğurlu biznesinin təşkili üçün işini yeni qurmaqda qərarlı olan iş adamlarının diqqət yetirməli olduqları sahə və əməliyyatlar barəsində ətraflı məlumat verib və layihə iştirakçılarımızı maraqlandıran sualları cavablandırıb.

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

İştirakçıların ziyarət etdiyi növbəti məkan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən, Qarabağ müharibə veteranı, 2-ci qrup əlil Mübariz Əliyevə məxsus "TURAN” restoranı oldu. Restoranın ərazisi müştərilərin vaxtlarını səmərəli keçirmələri üçün zövqlə süslənmiş, ərazidə olan bitki və dekorativ ağaclara qulluq olunmasiyla yanaşı, müxtəlif dekorativ bəzək bitkiləriylə bolluca bəzədilmişdi. Müştərilərin mədəni istirahəti və sağlam qidalanmaları üçün təqdim olunan menyuda təklif olunan bişmiş və xörək növləri hər zövqü oxşaya biləcək çeşidlərin rəngarəngliyi ilə seçilirdi. Xidməti heyətin müştərilərlə xoş rəftarı və yüksək standartlardan xəbər verən xidmət səviyyəsi, səliqə-səhmanı ilk andan diqqəti cəlb edirdi. Qonaqların sayından və istəyindən asılı olaraq müxtəlif ölçülü zal və hücrələrdə yaradılan şərait və harmoniya sahibkarın öz işinə bağlılığını büruzə verirdi. Xidmət heyəti ilə yanaşı, restoranın sahibi, Mübariz Quliyevlə iaşə xidməti sahəsində öz biznesini qurmaq istəyən insanların qarşılaşa biləcəyi çətinliklər və özünəməxsus özəllikləri barədə geniş söhbət etdik. Daha sonra, əməli saleh və iman əhli olan Hacı Mübariz əlillərimizi iftar süfrəsinə dəvət etdi.

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

Bu günki tədbirin təşkilində və icrası boyunca layihə iştirakçılarını müşayiət edən və dəyərli məsləhətləriylə onların daha dərindən maariflənmələrinə şərait yaradan Vergilər Nazirliyi, 2 saylı Ərazi Vergilər Departamentinin Qeydiyyat və Uçot şöbəsinin rəisi Azər Babayevin səmimiyyəti, canıyananlığı və isti münasibəti onun yüksək şəxsi insani keyfiyyətlərindən və təmsil etdiyi Vergilər Nazirliyində, möhtərəm prezidentimiz, cənab İlham Əliyevin Əlilliyi Olan İnsanlarımıza bəslədiyi isti münasibətin və daxili dövlət siyasətinin davamı olan abu havanın höküm sürdüyündən xəbər verirdi.

“Əlil Sahibkarlar Təşkilatı” İB Sumqayıtda ekskursiya təşkil edib - FOTOLAR

Tədbirdə Avropa oyunlarına dəstək Koalisiyasının Mətbuat Xidmətinin rəhbəri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədrinin müavini, Milli Qəhrəman Mübariz İbrahimov adına Gənc Nəqliyyatçılar klubunun sədri Fuad Rəsul, "Əlil Qadınlar Cəmiyyətinin” Sumqayıt Regional şöbəsinin sədri Səbinə Kərimova və KİV nümayəndələri də qatılıblar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR