Sumqayıtda hava

Manşet, Elan

Sumqayıt FK fan-klubuna qeydiyyat başlayır - KOMANDAMIZA DƏSTƏK OLAQ

Sumqayıt FK fan-klubuna qeydiyyat başlayır - KOMANDAMIZA DƏSTƏK OLAQ

Sumqayıt şəhərinin futbol komandasının Azərbaycan Premyer Liqasında çıxış etməsi gənclik şəhərinin futbolsevərlərini bir araya gətirdi və yeni yaranan komandaya dəstək olmaq üçün fan klub yaradıldı.
Premyer Liqanın 2011/2012-ci il mövsümünün ilk turundan etibarən özlərini yaxşı mənada göstərə bilən azarkeş qrupumuz, bütün oyunlarda komandamıza möhtəşəm dəstək verirlər. 90 dəqiqə stadionda susmaq bilməyən fan klub üzvləri müxtəlif təzahüratlarla futbolçuları daha da ruhlandırırlar. Sözün əsl mənasında komandanın "12-ci oyunçu”su funksiyasını yerinə yetirməyi bacarırlar.
Klub tərəfindən onlara paylanılan bayraqlar, baraban və digər atrubutları əmanət olaraq saxlayır, hər oyun azarkeşlər üçün ayrılan sektorda müxtəlif mahnılarla oyunlara əlavə rəng qatırlar. Artıq fan klubumuzun sıralarına hər həftə yeni üzvlər qoşulur, klub tərəfindən təyin olunan üzvlük qaydaları ilə tanış olandan sonra üzvlük blankı doldurulur və rəsmi qeydiyyata alınırlar.
Beləliklə, "Sumqayıt” Futbol Klubunun rəsmi azarkeş siyahısına düşmək üçün hər bir azarkeş klubun elektron bazasına düşür. Bu isə rəsmi azarkeşlərə komandamız haqqında (rəsmi və yoldaşlıq görüşləri, səfərlər, yeni atributlar, yeniliklər və digər məlumatlar) yeni və maraqlı müsahibələrdən hamıdan tez və daha ətraflı məlumatlar əldə etmək imkanı verəcək.
Eyni zamanda rəsmi azarkeşlər klubumuzun bir sıra layihə və tədbirlərində və klubun ictimai həyatında fəal iştirak edə biləcəklər. Əgər siz də azarkeşlərdən biri olmaq, komandamızın hər bir oyununda iştirak etmək, özünüzü komandanın bir parçası kimi hiss etmək istəyirsinizsə iyul ayının 1-dən etibarən hər gün saat 19:00-20:00 arası Mehdi Hüseynzadə adına stadiona gəlib qeydiyyatdan keçə bilərsiniz.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR