Sumqayıtda hava

Cəmiyyət

Sabah gözlənilən hava şəraiti (18.12.2014)

Sabah gözlənilən hava şəraiti (18.12.2014)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR