Sumqayıtda hava

Cəmiyyət

“Hər Şey Vətən üçün” Layihəsi Qubada

“Hər Şey Vətən üçün” Layihəsi Qubada

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər Şey Vətən üçün” adlı layihə icra olunmaqdadır. Birlikdən "YeniSumqayit.az"a verilən məlumata əsasən, layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərindən sonra iyunun 27-də Quba şəhərində növbəti təlim silsiləsi keçirilib. Təlimləri giriş sözü ilə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İB-nin sədri açaraq iştirakçıları salamlamış və qloballaşan dövrümüz üçün vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının xüsusi əhəmiyyətini vurğulamışlar. İştirakçılara Gənclər Fondu barədə məlumat verildikdən sonra vətanpərvərlik anlayışı, vətənpərvərlik işinin təşkilində cəmiyyətin və fərdlərin rolu, vətənpərvərliyin dəyərlər sistemində rolu, hərbi çağırışa qədər psixoloji hazırlıq və vətənpərvərlik tərbiyəsinin aşılanma istiqamətləri üzrə təlim keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatları verilib. Xatırladaq ki, layihənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, vətənpərvərlik işinin təşkili və təbliği üsullarını aşılamaq, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətməkdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR