Sumqayıtda hava

Cəmiyyət

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni buradan öyrənsin

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni buradan öyrənsin


Prezident İlham Əliyevin vətəndaşların iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzaladığı sərəncama əsasən 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Hazırda çağırış yaşında olan gənclərimizi düşündürən ən əsas məsələlərdən biri də harada xidmət edəcəkləri ilə bağlıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq bir neçə ildir ki, bu məsələdə çağırışçıların işini asanlaşdıraraq elektron xidmət təklif edir. Bunun üçün çağırışçılar Xidmətin rəsmi internet səhifəsində (seferberlik.gov.az) "Elektron xidmət" bölməsində özləri barədə məlumatları daxil edərək hərbi xidmət keçmə yerini əvvəlcədən öyrənə bilərlər.

Həmçinin çağırışçılar, hərbi xidmət keçmə yeri haqqında məlumatı istənilən mobil operatorlardan 9100 nömrəsinə şəxsiyyət vəsiqələrinin yalnız nömrəsini (seriyasız) yazıb göndərməklə əldə edə bilərlər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR