Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt polisində monitorinq keçirildi

Sumqayıt polisində monitorinq keçirildi 


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Bəhmən İmanov Sumqayıt Şəhər Polis İdarəsində monitorinq keçiriblər.

E.Behbudov bildirib ki, hazırda idarənin saxlanma yerində 17 nəfər saxlanılır:

"Saxlanılan şəxslərdə təklikdə görüşdük, söhbət etdik. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bütün kameralar kondisionerlə təchiz olunub, saxlanma şəraiti standartlara uyğundur”.

E.Behbudov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci və 4-cü polis bölmələrində də monitorinq keçirdiklərini bildirib:

"Bizə müraciət edirdilər ki, 4-cü polis bölməsində müvəqqəti saxlanma yeri qanunsuz olaraq fəaliyyət göstərir. Biz həmin əraziyə baxış keçirdik, deyilənlər öz əksini tapmadı”.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR