Sumqayıtda hava

Maraqlı

Ruslar Bakıdan 62 kiloqram medal apardı

Ruslar Bakıdan 62 kiloqram medal apardı

 

Avropa Oyunlarında medal məqbulunda 1-ci yeri tutan Rusiya yığması Bakıdan 62 kq və 320 qram medal aparıb.

Bu, Azərbaycanın paytaxtında rusiyalı idmançıların qazandıqları 164 mükafatın ümumi çəkisidir. Onlardan 79-u qızıl, 40-ı gümüş və 45-i isə bürüncdür. Qeyri-rəsmi medal hesabında digər komandalar Rusiyadan çox geridədirlər.

Əgər Rusiya Bakıya yalnız üzgüçülük üzrə komanda gətirsəydi, (reqlament üzrə orada yalnız gənclər iştirak edirdilər) o zaman Rusiya yenə də medal üzrə ümumi reytinqdə birinci yerdə olardı.

Rusiyalı üzgüçülər 23 qızıl medal qazandıqları halda, ona sıralama üzrə yaxın olan Azərbaycan isə bütün idman növləri üzrə 21 yüksək mükafat alıb.

Ölkə.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR