Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Məzun günündən - FOTOLAR

Sumqayıt Dövlət Universitetində Məzun günündən - FOTOLAR 

İyunun 30-da Sumqayıt Dövlət Universitetində "Məzun günü” keçirilib.

"YeniSumqayit.az"ın Universitetin Mətbuat Xidmətinə istinadla verdiyi xəbərə əsasən, tədbirdə SDU-nun rektoru, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İştirakçılar universitetin foyesində Ulu Öndərin abidəsi önünə tər güllər düzdükdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olunub.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək bildirib ki, SDU bu gün Azərbaycanın qabaqcıl ali təhsil ocaqları sırasında layiqli yer tutur və ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirir.

Sumqayıt Dövlət Universitetində Məzun günündən - FOTOLAR

E.Hüseynov ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti haqqında geniş məlumat verdikdən sonra deyib:

 

Mən bu münasibətilə sizi təbrik edirəm və inanıram ki, bu illər ərzində qazandığınız bilik və savadınızla həyatda layiqli yer tutacaqsınız. Siz xoşbəxt tələbəsiniz ki, bu gün həm məzun gününü, həm də universitetimizin yubileyini qeyd edirsiniz. Bu tarixi günə şahidlik edirsiniz.
Rektor bildirib ki, təhsil naziri Mikayıl Cabbarovun qarşısına qoyduğu hədəflərdən biri də təhsilimizin Avropa təhsil standartlarına inteqrasiyasıdır. Bunun üçün də universitetimizdə təhsil alan tələbələrin yüksək səviyyəli kadr kimi yetişməsi və keyfiyyətli tədris almağı üçün hərtərəfli şərait yaradılmışdır.
Professor Elxan Hüseynov məzunlara ən xoş arzularını çatdırıb.
Qısa zaman kəsiyində universitetimizdə bir çox uğurlu addımlar atılmışdır. Bunlardan biri də SDU-nun rəmzi olan loqosu, bayrağı, bu gün isə marşının səslənməsi oldu.

Sumqayıt Dövlət Universitetində Məzun günündən - FOTOLAR

Universitetin Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov universitetin kollektivini və valideynləri təbrik edərək, gənclərə gələcək ali təhsildə və karyera fəaliyyətlərində uğurlar arzulayıb.
SDU-nun keçmiş məzunu "Azərişıq” ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı idarəsinin rəisi Ramil Yusifov, valideynlər adından Azad Qədirli və başqaları məzunları təbrik edib, onlara həyatlarının bundan sonrakı illərində uğurlar arzu ediblər.
Tədbirdə, həmçinin bu il universiteti əla qiymətlərlə bitirən və ictimai həyatında fərqlənən məzunlara diplomlar təqdim olunub.
Tədbir bayram konserti ilə davam etdirilib, sonda atəşfəşanlıq olub və səmaya işıqlı şarlar buraxılıb.

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR