Sumqayıtda hava

Cəmiyyət

Xırdalanda yararsız məhsullar aşkarlandı

Xırdalanda yararsız məhsullar aşkarlandı


"Yeni Sumqayıt"ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata əsasən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Abşeron rayonunun Xırdalan şəhərində
- Kamal Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan,
- Vüqar Tanrıverdiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR