Sumqayıtda hava

Hadisə

Sumqayıt sələfilərinin liderinə hökm oxunub

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə bağlı həbs edilən Elşən Musayevin cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Prosesdə hakimlər kollegiyası Elşən Musayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Hadisə 2013-cü il dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən xəvariclərin əmiri, "Mamed” ləqəbli Elçin Əkbərov, sələfilərin lideri, "Hamza” ləqəbli Elşən Musayev, habelə Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin  221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb. 
Bizimyol.info





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR