Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt gənclərinin “Yay məktəbi” başladı - FOTOLAR

Sumqayıt gənclərinin “Yay məktəbi” başladı - FOTOLAR

 

Sumqayıt şəhər İH-nin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 4-də Sumqayıt gəncləri üçün "Yay məktəbi” keçirilməyə başlanıb.

Şamaxı rayonunda təşkil edilən "Yay məktəbi”ndə ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclərin öz istəkləri əsasında iştirakı nəzərdə tutulub.

Sumqayıt gənclərinin “Yay məktəbi” başladı - FOTOLAR

Ümumilikdə 500 nəfər gəncin iştirak edəcəyi "Yay məktəbi”nin keçirilməsində əsas məqsəd "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tələblərindən irəli gələn gənclərin ölkəmizin ayrı-ayrı bölgələrinin tarixi və mədəniyyət abidələri ilə tanışlığı, vətənpərvərlik hissinin tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdən ibarətdir.

Sumqayıt gənclərinin “Yay məktəbi” başladı - FOTOLAR

"Yay məktəbi”i çərçivəsində gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, eyni zamanda Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Şamaxının tarixi və mədəniyyətilə də yaxından tanış olacaqlar.

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR