Sumqayıtda hava

Cəmiyyət

Bakıda idmançıların və "Bakı-2015" könüllülərinin paradı keçiriləcək

Bakıda idmançıların və "Bakı-2015" könüllülərinin paradı keçiriləcək

 

İyulun 12-də "Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan Milli Yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçilirəcək.
"Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan Milli Yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015” paradı baş tutacaq. Parad 19:30-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, "Saatqülləsi”nin yanında yekunlaşacaq.
"Bakı 2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək.
"Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan Milli Yığmasının idmançılarına həsr olunmuş konsert proqramı saat 21:00-da "Saat qülləsi”nin yanında başlayacaq və estrada ulduzlarımızın iştirakı ilə davam edəcək.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR