Sumqayıtda hava

Faydalı

“ASAN Kadr”dan könüllülər üçün YENİ İMKAN

“ASAN Kadr”dan könüllülər üçün YENİ İMKAN

 

"ASAN xidmət”-in uğurlu layihələrindən biri olan "ASAN Kadr” karyera mərkəzi Bakı 2015 İlk Avropa Oyunlarında könüllü kimi iştirak edən gənclərə xüsusi imkan yaradır.
Belə ki, İlk Avropa Oyunları könüllüləri asankadr.az portalında öz CV-lərini yerləşdirərək mövcud vakansiyalara müraciət etmək şansı qazanırlar.
Bunun üçün könüllülərin CV doldurarkən sertifikatlarının skan versiyasını yerləşdirmələri mütləqdir. Əks halda qeydiyyatları təsdiq olunmayacaq və portalın imkanlarından istifadə edə bilməyəcəklər.
Qeyd edək ki, www.asankadr.az portalı ASAN könüllülərin vakansiya portalıdır. "ASAN kadr”-ın formalaşdırılmasında əsas məqsəd gənc, təcrübəli və iş potensialı ilə fərqlənən məzun ASAN Könüllülərinin peşakar karyera qurmalarına dəstək olmaqdır. Bu günə kimi 495 nəfər ASAN könüllüsü dövlət orqanlarında, həmçinin özəl şirkətlərdə işlə təmin edilib. Onların uğur hekayələri də portalda işıqlandırılıb.

Hamar.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR