Sumqayıtda hava

Cəmiyyət

İctimai fəallar, məşhurlar, siyasilər İFTAR SÜFRƏSİNDƏ

 
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən hər il ənənəvi olaraq təşkil olunan iftar süfrəsi bu il "Fairmont Baku, Flame Tower”-da baş tutub.
Tədbirdə müxtəlif QHT sədrləri, dövlət rəsmiləri, tanınmış müğənnilər, ictimai fəal gənclər, eləcə də Qarabağ qaziləri və Xocalı rayon sakinləri iştirak ediblər.
Təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək hamını Ramazan ayı münasibətilə təbrik edib və bu müqəddəs ayın cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmasını arzu edib. Gələcəyimiz üçün mənəviyyatlı və vətənpərvər gəncliyin formalaşmasının önəminə diqqət çəkən sədr dövlət gənclər siyasətinin bu istiqamətdə olmasının sevindirici olduğunu vurğulayıb. Tədbir iftar məclisindən sonra çay süfrəsi ətrafında maraqlı müzakirələrlə davam edib.
















Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR