Sumqayıtda hava

Faydalı

RAMAZANA ÖZƏL - Qədr gecəsinin HİKMƏTLƏRİ

Qədr gecəsi Allahın kitabının - bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quranın nazil olduğu gecədir. Allah-Təala Qurani-Məcidin mübarək "Əl-Qədr” surəsində bu haqda bizə məlumat verir. Qurani-Kərim Qədr gecəsində "Lövhül-Məhfuz”a, oradan isə əziz İslam Peyğəmbərinin (s) qəlbinə 23 il ərzində hissə-hissə nazil olub.

"Qədr gecəsi” ifadəsi azərbaycanca həm də "müqəddərat gecəsi” mənasını daşıyır. Quranın "Əl-Qədr” surəsində həmin gecə barədə danışarkən, AllahTəala iki məsələyə diqqət yetirir. Birincisi, bu gecədə Quranın nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına. Dinimizə əsasən, insanın taleyi öz əlindədir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri səhv əməllərin qurbanı olur. Qədr gecəsində isə Rəhm edən Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtarsınlar və müqəddəratlarını dəyişsinlər. Məhz buna görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir.

Peyğəmbər (s) həmin gecənin dəqiq vaxtını bizə söyləməyib. Bunda məqsəd yəqin ki, daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecələrini Ramazan ayının son 10 günündə, tək gecələrin birində axtarmaq lazımdır. Qədr gecələrində müsəlmanların ayıq-sayıq qalıb ibadət etdiklərinə görə bu gecələrə həm də "əhya gecələri” deyilir. Qeyd edək ki, "əhya” – ərəb dilində oyaq, diri qalmaq mənasını daşıyır.

Qədr gecələrinin əməlləri vacib deyil, amma müstəhəbdir. Lakin, Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Bacardığınız qədər bu gecə Allaha xatir ibadət edin, çünki Allah Təala bunun mükafatını açıqlamadan bəndələrinə özü təyin etdiyini buyurub.

Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir.

Əvvəla, qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah" Bu qüslün böyük savabı var.

Səhərə qədər oyaq qalıb gecəni ibadətlə keçirmək də müstəhəbdir, çünki bu, Allah Təalanın insanlara böyük savab qazanılması, günahların bağışlanması üçün bəxş etdiyi fürsətdir. Mübarək Əl-Qədr surəsində Ulu Yaradan buyurub ki, Qədr gecəsində edilən ibadətlər min ayın ibadətlərindən daha üstündür!

Bu gecəni məscidə gedib orada əhya qalmaq və Qədr gecəsinin namazını qılmaq böyük savabdır. Namaz qılandan sonra bol-bol dua edin, Allahı Təalanı zikr edin, qəlbinizi Allaha açıb Ona yalvarın, Ona pənah gətirin, Ondan diləyin! Dualarınızı ürəyinizdən gəldiyi kimi, öz dilinizdə edə bilərsiniz.

 

Allah Orucunuzu və bütün ibadətlərinizi qəbul eləsin!

Qafqazislam.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR