Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin 3 ixtisasına beynəlxalq sertifikat verilib

Sumqayıt Dövlət Universitetinin 3 ixtisasına beynəlxalq sertifikat verilib 


İlk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.

Seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır:

Bakalavr təhsili: 
a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);
b) Elektroenergetika mühəndisliyi;

Magistr təhsili: 
a) Proseslərin avtomatlaşdırılması;
b) Elektroenergetika;
c) Neft sənayesi enerji menecmenti;
d) Kimya sənayesi enerji menecmenti;

Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb. Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcəkdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR