Sumqayıtda hava

Cəmiyyət

Könüllülərə təşəkkürnamələr təqdim olundu - FOTOLAR

Könüllülərə təşəkkürnamələr təqdim olundu - FOTOLAR

 

I Avropa Oyunlarının könüllülərinə prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı olub.

İlk 50 könüllü gəncə təşəkkürnamələr gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunub.

A.Rəhimov bildirib ki, Bakı-2015 I Avropa Oyunları zamanı ölkədə könüllülər mədəniyyəti yaranıb:

"Biz Azərbaycanı Avropa və dünyanın tarixinə yazdıq. Bu prosesdə minlərlə könüllü iştirak etdi. Lakin bu gün burada 50 gənc iştirak edir. Düşünürəm ki, siz burada minlərlə könüllü ordusunu təmsil edirsiniz. Prezident İlham Əliyev və Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva sizin əməyinizi yüksək qiymətləndirdilər. Sizə təqdim olunacaq təşəkkürnamələrdə Azərbaycanın iki əziz insanının imzası var. Bu sizin əməyinizə verilən ən böyük qiymətdir. Biz bu işləri sizsiz bacara bilməzdik. Sizin köməyinizlə bu işləri həyata keçirdik”.

A.Rəhimov qeyd edib ki, gələcəkdə ölkədə keçiriləcək beynəlxalq idman yarışlarında da könüllülərin xidmətindən istifadə oluna bilər:

"Azərbaycanda Formula-1, İslam Həmrəylik Oyunları, Dünya Şahmat Olimpiadası və 2020-ci ildə keçiriləcək Avropa futbol çempionatında sizin xidmətlərinizdən istifadə edə bilərik. Sizinlə əlaqələrimizi kəsməməliyik”.


Təhsil naziri M. Cabbarov isə Bakı-2015 I Avropa Oyunlarının Azərbaycana böyük miras qoyduğunu deyib:

"Düşünürəm ki, I Avropa Oyunlarının Azərbaycana qoyduğu ən böyük miras insan kapitalıdır. Bu prosesdə iştirak edən 17 mindən çox könüllünün 14 mini təhsil müəssisələrini təmsil edirdi. Bu, qürurverici haldır.


Tədbirdə könüllülər haqda hazırlanmış video-çarx nümayiş olunub.


Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi gələn həftə Prezident yanında Gənclər Fondu tərəfindən təqdim olunacaq. 

 

Könüllülərə təşəkkürnamələr təqdim olundu - FOTOLAR

 

Könüllülərə təşəkkürnamələr təqdim olundu - FOTOLAR

 

Könüllülərə təşəkkürnamələr təqdim olundu - FOTOLAR

APA





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR