Sumqayıtda hava

Cəmiyyət

1 nömrəli şəhər xəstəxanasında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

1 nömrəli şəhər xəstəxanasında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

 

İyulun 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt şəhər Səhiyyə şöbəsinin 1 nömrəli şəhər xəstəxanasında "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirib.
Çıxış edənlər səhiyyə ocaqlarının yanğın təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə görülmüş işlərdən və baş vermiş yanğınlardan danışıblar. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının zəruriliyi vurğulanıb və səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi haqqında məlumat verilib.
Sonda "Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda slayd nümayiş olunub, yaddaş kitabçası və bukletlər paylanılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR