Sumqayıtda hava

Manşet, Cəmiyyət

SDU-da müəllimlərin maaşları artırıldı - KİM NƏ QƏDƏR ALACAQ?

SDU-da müəllimlərin maaşları artırıldı - KİM NƏ QƏDƏR ALACAQ?

 

Sumqayıt Dövlət Universitetində Elmi Şuranın qərarına əsasən bu ildən inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim, müəllim heyətinin differensial sistem ilə əmək haqları artırılıb.
"YeniSumqayit.az"ın SDU-nun Mətbuat Xidmətinə istinadla verdiyi xəbərə əsasən, differensial əmək haqqı sistemi əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi, uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədi daşıyır
Əməkdaşların əmək haqlarının 46.5 faiz artırılması gənclərin elmə marağının və elmi fəaliyyətinin inkişaf etdirilməsi, gənc alimlərin səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Əmək haqqı artımından sonra dekanlar 1500 manatdan, kafedra müdirləri (professorlar) 1300 manatdan, professorlar 1000 manatdan, dosentlər 800 manatdan çox, baş müəllimlər 600 manatdan, müəllimlər 500 manata qədər əmək haqqı alacaqlar.
Artım universitetin bütün əməkdaşlarına şamil olunub. Hazırda Universitetdə professor-müəllim heyətinin orta aylıq əmək haqqı 1000 manatdır.

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR