Sumqayıtda hava

Elan

“İRƏLİ” İctimai Birliyi “SAY: Green” layihəsinə start verir

“İRƏLİ” İctimai Birliyi “SAY: Green” layihəsinə start verir

 

"İRƏLİ” İB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "GREEN” layihəsinə start verir. SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar.

Seçim zamanı təbiətin qorunmasında maraqlı olan və ekstrim şəraitdə yaşamaq həvəskarı olan şəxslərə üstünlük veriləcək. 

Layihənin əsas məqsədi: 
Support of Azerbaijan Youth hərəkatı çərçivəsində təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.

"SAY: Support of Azerbaijan Youth - GREEN 2015-ci ildə Göygöl rayonunun Hacıkənd qəsəbəsində keçiriləcək.

Düşərgənin keçirilmə tarixi : 04.08.2015-09.08.2015
Son müraicət tarixi : 25.07.2015

Ərizə forması: https://docs.google.com/ forms/d/ 1o97TQ4sI35EOk8CFuaF-1BOav9 LjEqLb-6LiUi6R0w0/viewform

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 14-29 yaş
• Layihədə iştirak üçün yüksək motivasiyası olmalı
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
• Mütəmadi xəstəliyi olmamalı
• Dağadırmanma, velosiped və s. ekstrim idman növlərində ilkin bacarıqlara sahib olmalı

Qeyd: Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış və qida xərcləri "İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır.

Ünvan: Bakı, AZ1009, Səməd Vurgun 43, World Business Center
Telefon: (+99412) 597-48-13
Əlaqələndirici şəxs: Aydan Qasımova
Telefon : +994553277504
Email: aydan.gasimova@ireli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR