Sumqayıtda hava

Manşet, Faydalı

Şəvval orucunun FƏZİLƏTLƏRİ VƏ ŞƏRTLƏRİ

Şəvval orucunun FƏZİLƏTLƏRİ VƏ ŞƏRTLƏRİ

 

Bəzi günlər bəzi əməllər vardır ki, biz onu etməliyik. Çünki biz yaşadığımız və ötürdüyümüz günlərin, etdiyimiz əməllərin nə olduğunu, necə olduğunu dərk edə bilmirik. Bütün bunları bizə Allah təala Öz Kitabında və həmçinin Öz Rəsulu (ona və ailəsinə salam olsun) ilə xəbər verib. Bu günlərdən bir neçəsi də Şəvval ayında altı gün və əməllərdən isə həmin günlər oruc tutmaqdır.

Əyyubdan rəvayət olunur ki, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu:

"Kim Ramazan ayını oruc tutarsa (Ramazan orucunu tutarsa), bunun ardınca isə Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi olar” (Müslim, Tirmizi, Əbu Davud).

Bu sözə əməl olunsa nəticəsi Allahın lütfü ilə yaxşı olar. Çünki hər bir yaxşı əməl insanı özündən daha yaxşı bir əmələ yönəldər.


Belə rəvayət edilir ki, Allah Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurub:

"On aya müqabil bir ay, onlardan sonra da iki aya müqabil altı gün oruc tutmaq ili bütöv olaraq oruc tutmaq kimidir” (Sünəni Darimi).

Yəni on ay oruc tutmuş kimi savab qazanmaq Ramazan ayını tutmaqla, altmış gün oruc tutmaq da Şəvvaldan altı gün tutmaqla yerinə yetirilir. Bunlar da birlikdə 360 gün edir ki, bu da bir ilə bərabərdir.

Alimlər aşağıdakı ayəni bu məsələyə dəlil gətirirlər. Allah təala Qurani Kərimdə buyurur:

"Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”.


Şəvval ayında 6 gün oruc tutmaq dində gözəl və bəyənilən bir sünnətdir. Lakin fərz və ya vacib deyil. Fəziləti və əcri böyük olduğu üçün altı günlük oruc müsəlmanlara bir qayda oldu. Çünki kim bu orucu tutarsa, ona tam bir illik oruc savabı yazılar.


Şəvval ayının orucu ilə bağlı ən çox verilən suallar:


 

1. Şəvval orucunun savabı nədir?
Allah Rəsulu (sav) bu orucu tutub və tutmağı tövsiyə edib. Allaha yaxınlaşıb Allahın razılığını qazanmaq üçün, 1 il oruc tutmaq savabını qazanmaq üçün, Ramazanda olan orucda olan nöqsanlıqları kamilləşdirmək üçün və s.

2. Şəvval orucunun qaydaları Ramazan orucu ilə eynidir?
Bu nafilə oruc sayıldığı üçün pozduqda qəza etmirsən. Ancaq sonra yenə Şəvvaldan bir günü oruc tutmalısan ki, 6 gün tamamlansın.
Ramazan orucunu pozan hallar Şəvval orucuna da aiddir.

3. Şəvval orucunun niyyəti necə edilir?
Niyyət qəlbən edilməlidir. "Niyyət etdim Allah rizası üçün 6 gün Şəvval orucunu tutmağa." və yaxud "Niyyət etdim Allah rizası üçün Şəvval orucunu tutmağa." deyə niyyət etmək olar.

4. Oruc tutacağımız 6 gün 30 gün içində istənilən günlər ola bilər?
Bəli. Ardıcıl da tutula bilər, ara verərək də tutula bilər.
Ancaq Allah Rəsulu (sav) həmişə 1-ci və 4-cü gün oruc tutmağı tövsiyə edər, bu günlər əməllərin Allaha ərz olunduğunu bildirərdi.
Həzrəti Məhəmməd (sav) demişdir ki, bu günlərdə əməllər Allaha ərz olunduğu gün olduğu üçün bu gün oruc tutmağı çox sevirəm.

Əkrəm Həsənov - İlahiyyat üzrə fəlsəfə doktoru

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR