Sumqayıtda hava

Cəmiyyət

Bu yol ÇÖKDÜ

Bu yol ÇÖKDÜ

 

Cəlilabad-Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi burada keçilməz uçurumlar yaradıb. Ərazidə nəqliyyat vəstələrinin hərəkətini təmin edən yeganə alternativ yol da təhlükəli vəziyyətdədir.

Yardımlı avtomobil yolunda bir müddət əvvəl baş vermiş torpaq sürüşməsi ən təhlükəli həddə çatıb. Yolun Pərdi kəndinən keçən hisəsi 70 metr uzunluğunda çöküb. Yolun yatağında aktivlik artdıqca asfalt qatının dağılması da hər gün davam edir. 

Maşınların hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş aternativ yol da tədricən sürüşməyə məruz qalmağa başlayıb. Sürücülərin sözlərinə görə cüzi yağıntının düşməsi buradaki torpaq sürüşməsinin əhatəsini bir neçə dəfəyə kimi böyüdə bilər. Bu da ki, 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsi deməkdir.

Cəlilabad rayon İH-dən bildirilir ki, sürüşmə zonasına baxış keçirlib. Yolun bərpası isə avtomobil yolunun tikintisini icra edən podraçı şirkət tərəfindən həyata keçirlməlidir. Lakin vəsait ayrılmaması səbəbindən işlər hələ ki, yubanır.
 
Xezerxeber.com





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR