Sumqayıtda hava

Cəmiyyət

Bu il 700 bal TOPLAYANLAR - FOTOLAR, VİDEO

Bu il 700 bal TOPLAYANLAR - FOTOLAR, VİDEO


 

I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 9 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. Vunderkindlər Bakı, Sumqayıt, Naxçıvan, Bərdə və Zaqatala məktəblərinin məzunlarıdır.
Onlardan bəziləri ilə sizi tanış edəcəyik.
Nihad Abbasov və Teymur İsmixanov I qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıblar.
Teymur deyir ki, o həm dərslərinə, həm də istirahətinə eyni vaxt ayırıb. O, Azərbaycan diplomatik Akademiyasını seçməyi düşünür, təhsilini ikinci kursdan xarici ölkərin birində davam etdirmək arzusundadır. Teymurun qalibiyyətinə valideynləri təəccüblənməyib. Teymur məktəbə hazırlaşanlar üçün də bəzi məsləhətlər verib.

Qubadlı rayonu, Aşağı Mollalı kənd məktəbinin məzunu Nihad Abbasov 700 bal toplayacağına öncədən əmin imiş. O, 9-cu sinifi fərqlənmə, 11-ci sinifi isə əla qiymətlərlə bitirib. Nihadın həm anası, həm də müəlliməsi Sevinc Həmzətovanın sevincinin həddi-hüdudu yoxdur. Nihad artıq oxumaq istədiyi universiteti də seçib. O, magistr təhsilini xaricdə almaq istəyir. 

 

 

 

Nurlan Məcidov gələcəyin həkimi, Həsənli Arzu isə neft-qaz mühəndisidir. Onlar əzmlə çalışdılar və arzuladıqları nəticəni göstərdilər.

Bu il 700 bal TOPLAYANLAR - FOTOLAR, VİDEO

Nurlan gün ərzində nə az nə çox, düz 10 saat dərs üçün vaxt ayırırmış. Nurlan deyir ki, gün ərzində sadəcə 1 saat televizora baxıb. İstirahət vaxtı isə ya musiqiyə qulaq asıb, ya da dostları ilə görüşüb. Maraqlısı budur ki, Nurlanın valideynləri onun az dərs oxumağından gileylənirdilər. Nurlan özünün dərs oxuma metodlarını ali məktəbə hazırlaşanlara da tövsiyyə edir.
Arzu isə riyaziyyat və fizika fənnini çox sevdiyindən I ixtisas qrupunu seçib. O, yüksək bal toplamaq üçün demək olar ki, gecə-gündüz dərs oxuyub. Arzu deyir ki, yüksək bal toplamaq üçün ilk olaraq insan qarşısına hədəf qoymaldır. Arzu deyir ki, uğurunun əsas səbəbi imtahanda həyəcanlanmaması olub.
Digər vunderkindlər isə Abduyev Firuz, Məmmədli İsa, Mahmudova Asya və Əliyeva Nərmindir. 


 


 

 

Xezerxeber.com

 





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR