Sumqayıtda hava

Cəmiyyət

Məmur oğlu Sumqayıtda yolun ortasında adam döydü

Məmur oğlu Sumqayıtda yolun ortasında adam döydü

 

Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında "KaMaz” markalı avtomobil sürücüsünü döyüb. Hadisə Sumqayıt şəhərində baş verib. Müavinin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən "KaMaz” sürücüsü ona mane olub. Buna əsəbləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.

Hadisənin polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib. Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.

Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.

Azxeber.com





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR