Sumqayıtda hava

Elan

“Öz biznesinə başla!” təlimləri

“Öz biznesinə başla!” təlimləri

 

Hörmətli gənclər,
Sizi 25 iyul 2015-ci il tarixində saat 11:00-da Gənclər Evində baş tutacaq "Öz biznesinə başla!” adlı təlimlərə dəvət edirik.
Təlimlər "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, "Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyi tərəfindən Youth Inc. Proqramı çərçivəsində təşkil edilir.
"Öz biznesinə başla!” mövzusunda keçiriləcək təlimlərdə iştirak edəcək gənclər sonrakı mərhələlərdə artıq peşəkar sahibkarlarla daimi görüşlərdə iştirak etmək şansı əldə edəcəklər. Tədbir çərçivəsində gənclərə sahibkarlıq haqqında geniş bilik və bacarıqlar veriləcək, təlimlər gələcəkdə gənclərin öz bizneslərini qurması üçün faydalı olacaq.
İştirakçı olaraq 18-29 yaş arası sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər dəvət olunurlar. Təlimlər ödənişsizdir. Təlim iştirakçıları anket sorğusunun göstəricilərinə görə seçiləcəklər. Təlimlər 2 saat davam edəcək.
Məkan: Gənclər evi, DVC-nin baş ofisi, Suleyman Rüstəm 15H

Yerlər MƏHDUDDUR! SAHİBKARLIQ SİRRLƏRİNİ PEŞƏKARLARDAN ÖYRƏNİN! 

Son qeydiyyat tarixi: 23 iyul 2015-ci il, saat 18:00
Təlimlərdə iştirak üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur. 
http://youthinc.az/az/ events-view/10
__________________________ ______
Əlaqələndirici şəxs:
Günay Əzizova 
Mobil telefon: 050 581 40 60
E-mail: gunay.azizova@youthinc.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR