Sumqayıtda hava

Cəmiyyət

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

 

"YeniSumqayit.az" olaraq, Bakı - 2015 İlk Avropa Oyunlarının əsas hərəkətverici qüvvəsi olan könüllülərlə müsahibələrimizi davam etdiririk.

Beləliklə, "Onu tanıyaq” rubrikasının növbəti qonağı - İlk Avropa Oyunlarının Qazaxıstanlı könüllüsü ilə sizi tanış edirik.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

Növbəti müsahibimiz Azərbaycanda yaşayan Qasaxıstanlı gənc Malik oldu.

 

Malik Bakıda, Nərimanov rayonunda yaşayır. Azərbaycan Dillər Universitetini bitirib. Bakı-2015 1-ci Avropa Oyunları çərçivəsində Atıcılıq mərkəzində və veloparkda könüllü kimi çalışıb.

 

Malik deyir ki, Avropa Oyunları barədə eşidəndə bu ona maraqlı gəlib və könüllü olmaq istəyib. Çünku bu Azərbaycan və Avropa tarixinde tarixi bir hadisədir. Şəhərdə məlumatı görüb, sonra baku2015.com saytında qeydiyyata düşüb.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

 

Malikə Tədbir Xidmətləri komandasında Mobility team member vəzifəsi həvalə edilib.

 

Atıcılıq mərkəzində işə başlayıb. Könüllü olaraq Malikin işi əsasən, idman oyunlarını izləməyə gələn tamaşaçıları istiqamətləndirmək, əlil insanları xüsusi avtomobillərlə arenaya aparmaq, uşaq arabalı insanlara yardımçı olmaq olub:

Komandada işləmək maraqlıdır, hər gün yeni insanlarla tanış oluram. İşimiz xoşuma gəlir. Bizdə iki növbə var, ona görə də yorucu deyil işimiz.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

 

Bakı-2015 könüllüsü olmaq Malikə nə qazandırıb?

Böyük təcrübə və yeni dostlar. Həmçinin bu böyük tarixi hadisənin – Birinci Avropa Oyunlarının bir parçası olmaqdan qürur duyuram.

Bu müsahibimin Azərbaycanda ilk ilk könüllülüyüdür, o, öz doğma ölkəsində də bir neçə dəfə könüllü olub.

 

Malik evlidir, iki övladı var. Boş vaxtlarını velosiped sürməklə keçirir. Bundan əlavə idmanı, xüsusilə də futbolu, dağa dırmanmağı, konki sürməyi, xizəklə sürüşməyi çox xoşlayır.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

1982-ci ildə Qazaxıstanın Alma-ata şəhərində doğulub. Almatı Dövlət Universitetinin Məlumat və menecment ixtisasını bitirib.

 

Bakıya, Azərbaycana oxumaq və iş axtarmaq üçün 2014-cü ildə gəlib. Həm də Azərbaycanı görmək üçün.

Azərbaycan mətbəxini, təbiətini, tarixini və qonaqpərvərliyini çox bəyənir.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ

Azərbaycanda olduğu müddətdə Quba, Qusar, Şahdağ, Xınalıq, Göyçay, Qobustan, Xızı, Altıağac, Lahıc və başqa yerləri gəzib, dolanıb.

Xınalıq ve Şahdağı, təamlarımızdan isə kababı, şah plovu, dolmanı (üç bacı) daha çox bəyənib.

BAKI - 2015-in Qazaxıstandan olan könüllüsü ilə MÜSAHİBƏ





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR