Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı gənc yeni trek və klipini təqdim etdi - VİDEO

Sumqayıtlı gənc yeni trek və klipini təqdim etdi - VİDEO


Sumqayıt şəhəri, Bülbül adına Uşaq İncəsənət Məktəbinin məzunu Rauf Heydərov yeni trek və klipini təqdim edib. YouTube sosial şəbəkəsində paylaşılan klip izləyicilər tərəfindən maraqla qarşılanıb.
Təqdim edilən trekin sözləri də Rauf Heydərova məxsusdur.
"YeniSumqayit.az" trekin sözlərini və klipi təqdim edir:

Bəlkə də bir gün gələcən, Səhvlərivi anladığında, Pisliklərin yox olanda, Yaxşılıq olan zamanlarda. Gələcəm yanına, bəlkə də məzarına. Düşünürəm, gözləyirəm, hərdən mən saatlarla. Məni çox tez itirdin, boş yalanlarla. Sandın bəlkə unudaram bunu mən zamanla, Unutmaq olarmı axı çox çətin oldu sevgimiz?! Vaxt var idi, darıxardım mən sənin üçün. Sənsiz keçməzdi hər saniyyəm, hər anım. Gündüzlərimi səninlə açardım, gecələrimi qapardım. Sən yoxkən, səni hər yerdən arardım Mənə xəyanət etməzsən - bunu mən sanardım. Amma neyləyim?! Saf olmuşam inanmışam. Gərək sənin çirkin əməlivi çoxdan qanardım. Yoxluq çəkirəm sənsiz, səninlə Ürəyimdəsən mənsiz, mənimlə Başqa dünyaya gedirəm, gəmimlə Çürüdürəm cavan həyatımı, qəmimlə Tez alışdıq, tez söndük, axı niyə hisslərimizlə oynadın həyat?! Taleyimi yazan mələk, niyə sənin xəttin belə çirkindi?! İstəmirəm belə yazını, belə acını... Xoşlamıram sonluqsuz sətirləri Məna dəryası olmayan əsərləri. Xəyallar edərdik axı bir düşünsənə?! Deyirlər axı, ən gözəl xəyallar kasıbın olur - deyə. Bu sevgidə gəda (yoxsul) olsun heç bir şeyin olmadı. Xoşbəxtliyi sən gördün pulda, axı pul olmadı. Həyat çox dəyişib, suda da saflıq qalmayıb. Hava çox çirklidi, romantika da iyrənc qoxur artıq. Gedişini izləyirəm, kor olaydı bu gözlərim, Gedişin məni yaman həsrətdə qoydu getdin. Düşünmək belə çox çətin necə aşina ola bildim. Təmiz bir eşqə hacətim var, amma bu çox çətin. Vaxt var idi eşqi-müqtəda idin, çox ümid verdin. Sənin müridin olmuşam, müəllimim sən oldun. Amma, bəlkə də, bir gün gələrəm Məzarına...





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR