Sumqayıtda hava

Manşet, Cəmiyyət

Türkiyənin ən çox oxunan saytı sumqayıtlı idmançılardan yazdı

Türkiyənin ən çox oxunan saytı sumqayıtlı idmançılardan yazdı


Hacı Zeynalabdin qəsəbəsinin karateçisi Muradov Rahim Türkiyə mediasının diqqət mərkəzindədir. Onun haqqında qardaş ölkənin ən çox oxunan portallarından hesab edilən "Onedio.com” məlumat yayıb.
Məlumatda Gürcüstanın Tiflis şəhərində keçirilən "6th World Shotokan Championship” Dünya karate yarışmasında Azərbaycan idmançılarının uğurlu iştirakından bəhs edilir.

Belə ki, Sumqayıt şəhəri, Beynəlxalq "Shotokan Karate-Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayevin 13 tələbəsi 25 dövlət arasında Azərbaycan adına 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Mehman Əlirzayevin tələbəsi olan Muradov Rəhim isə erməni rəqibinə 20 saniyə ərzində qalib gəlib.

Qeyd edək ki, idmançıların yarışda çıxışına Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi və Hacı Zeynalabdin Bələdiyyəsi böyük dəstək göstəriblər. Qəsəbə Nümayəndəsi Nəsir Rzayev və Bələdiyyə sədri Elşən Məmmədov, idmançılarla bir araya gələrək onlara davamlı dəstək göstəriləcəyini də bildiriblər.

Diaspora.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR