Sumqayıtda hava

Manşet, Hadisə

Bir gündə beş yanğın hadisəsi

Bir gündə beş yanğın hadisəsi


Fövqəladə Hallar Nazirliyinə istinadla Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərində baş vermiş yanğın hadisələri barədə günlük məlumatı təqdim edirik:

Sumqayıt şəhərində
Vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuş, yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yerləşən elektrik lövhəsi və 3 ədəd sayğac yanmışdır. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuş, yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Abşeron rayonunda
Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 36 p.m yanmışdır. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş, mənzillər yanğından mühafizə olunmuş, yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, ev əşyaları 28 kv.m sahədə yanmış və yüksək temperaturdan bir otağın lambirdən ibarət tavanı 20 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuş, yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR