Sumqayıtda hava

Elan

Gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçiriləcək

Gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyası 2-4 noyabr 2015-ci il tarixlərində AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin "Akademik elm həftəliyi - 2015” adlı beynəlxalq multidissiplinar forumunu keçirir.
Elmi Təşkilat Komitənin adından Akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini "Akademik elm həftəliyi - 2015” forumunda iştirak etməyə dəvət edirik.

 

Tədbirin işçi dili: Azərbaycan və ingilis

40 yaşadək gənc alim və mütəxəssislər

Foruma interaktiv müzakirələr, plenar və panellər üzrə məruzələr daxildir.

15 iyul 2015-ci il Qeydiyyatın başlanması
15 sentyabr 2015-ci il İştirakçıların qeydiyyatı üçün son tarix
30 sentyabr 2015-ci il Tezislərin qəbulu üçün son tarix
20 oktyabr 2015-ci il Mehmanxanın sifarışı üçün son tarix (xaricilər üçün)

 

• Akademik startaplar – nəyi nailiyyət hesab edək?
• Elmin inkişafında mövcud fondların rolu
• İnnovativ ideyalar və perspektivlər
• Elmi tədqiqatlarda multidissiplinar yanaşma
• İnformasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətləri və perspektivləri
• Nəzəriyyədən tətbiqə
• Canlı həyat və ekoloji təhlükəsizlik

 

Forum zamanı nəzərdə tutulan tədbirlər:
• "Welcome party” 
• Şəhərə ekskursiya (Qız qalası, Şirvanşahlar sarayı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bayraq meydanı və s.
• Paçıq vulkanına ekskursiya
• Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya
• "Qala party”

 

Qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş bütün xərclər (mehmanxana, qida və s.) Təşkilat Komitəsi tərəfindən ödəniləcək.

E-mail: forum.baku.2015@gmail.com

 

Telefon: + 994 12 539 25 79
Mobil: + 994 50 334 69 39
Gencalimler.az

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR