Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR

 

Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR 


Astara rayonunda "Region Gənclərinin təhsil və karyera imkanlarının artırılması" layihəsi keçirilib. "İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarından gələn fəal gənclər Astara rayonuna səfər edərək, rayon məktəbliləri ilə görüşüb onlara təhsil, karyera haqqında öz şəxsi təcrübəsinə əsaslanaraq məlumatlar veriblər.

Proqrama uyğun olaraq, seçilmiş iştirakçılar Bakıdan Lənkəran şəhərinə gəliblər. Layihənin ilk günündə iştirakçılar Lənkəran şəhəri ilə tanışlıq turunda iştirak edərək, şəhərin görməli yerlərində, parklarda, tarixi məkanlarda olublar.

Layihə barədə məlumatlandırma sessiyasında iştirak edən gənclər layihənin növbəti günündə Astara rayonuna gələrək 2 nəfərlik qruplar şəklində rayonun müxtəlif məktəblərinə yollanıblar. İştirakçılar yollandıqları məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşərək, onlara öz təhsil, karyera və həyat təcrübələri barədə məlumat veriblər, görüşlər interaktiv şəkildə keçirilib.

Layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

Layihənin gənc sumqayıtlı iştirakçısı Rəşadın təəssüratı:

"Layihəni çox xoşladım. Bir neçə il əvvəl müəllimlərim, universitetdə oxuyan tələbələr mənə məsləhət verirdi, indi isə onların yerində mən idim. Ona görə həm çox maraqlı, həm də məsuliyyətli bir iş idi. Komanda yoldaşlarımızla birlikdə öhdəsindən gəldik bu işin. Komanda yoldaşlarımı və məktəbdəki şagirləri tanımağıma şad oldum."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Astara ilə yanaşı Lerik və Yardımlı rayonlarını da əhatə edib.


 

Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR


Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR


Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR


Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR


Sumqayıtlı gənclər LƏNKƏRANDA - FOTOLAR 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR