Sumqayıtda hava

Cəmiyyət

Gənc kimyaçılar Sumqayıt tarix muzeyində - FOTOLAR


SOCAR-ın "Yay təcrübəsi" proqramı çərçivəsində Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və Sumqayıt Dövlət Universitetində təhsil alan 40 tələbə "Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalat təcrübəsi keçiblər. Birlik rəhbərliyinin təşəbbüsü ilə tələbələr Sumqayıtın tarix muzeyinə ekskursiya ediblər. Sabahın kimyaçılarına şəhərin yaranma tarixi, sənaye potensialı və inkişaf istiqamətləri haqqında geniş bilgi verilib.
Qeyd edək ki, təcrübələrini başa vurmuş tələbələrdən 25 nəfəri avqustun 3-dən etibarən Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu şirkətlərindən biri olan "Petkim Petrokimya Holdinq"-də istehsalat təcrübələrini davam etdirəcəklər.

 




Socar.az

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR