Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın bu ərazilərində su olmayacaq - SİYAHI


Sumqayıt Su Kanal İdarəsindən verilən məlumata görə, Sumqayıt şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İdarədən bildiriblər ki, Sumqayıt şəhərində su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 7 avqust 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 16, 17-ci mikrorayonunlarının beşmərtəbəli binalarında, 18-ci mikrorayonda, 48-ci məhəllədə, Bağlar massivinin Sumqayıta yaxın olan ərazilərində, həmçinin Corat qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Gün ərzində suyun veriləcəyi ehtimal edilir.
Yaranacaq narahatlıqla əlaqədar Sumqayıt Su Kanal İdarəsi abonentlərdən üzr istəyir.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

KATEQORIYALAR