Sumqayıtda hava

Dünya

ABŞ hökuməti bp-dən 18 milyard dollar tələb edir

ABŞ hökuməti bp-dən 18 milyard dollar tələb edir


ABŞ hökuməti bp şirkətinin Meksika körfəzinə neft sızması ilə nəticələnən qəzaya görə 16-18 milyard dollar cərimələnməsini tələb edir.
Hökumət bu məsələ ilə bağlı işin aparıldığı Yeni Orlean federal məhkəməsinə müraciət edib.

ABŞ hökuməti bp kompaniyasının ölkə tarixində ən böyük neft sızmasına yol açdığı və buna görə Amerika qanunvericiliyində nəzərdə tutulmuş ən ağır cərimə ödəməli olduğu fikrindədir. Su ehtiyatlarının təmizliyi ilə bağlı federal qanuna əsasən şirkət 18 milyard dollar cərimələnə bilər.

Bundan başqa hökumət qəzanın baş verdiyi Macondo quyusunun layihəsində 25 faizlik payı olan Amerikanın Anadarko kompaniyasının da 1 milyard dollar cərimələnməsini istəyir.

Qeyd edək ki, 2010-cu ilin aprel ayında bp kompaniyasının Macondo quyusunda qazma işləri apardığı Deepwater Horizon platformasında 11 nəfərin həlak olduğu partlayış baş vermişdi. Nəticədə Meksika körfəzinə 4,9 milyon barrel neft sızmış və bu qəza ABŞ tarixinə ən böyük ekoloji fəlakət kimi daxil olmuşdu.

(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR