Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Abşeron aşıqları Çeçenistanda

Abşeron aşıqları Çeçenistanda


2014-cü il dekabır 16-17-də Çeçenistan Respublikasının paytaxtı Qroznu şəhərində "Qafqaz - qonaqpərvərlik vətəni" Beynəlxalq Mədəniyyət və Turizm Forumu çərçivəsində Rusiya regionları və Qafqaz regionuna daxil olan ölkələrin Beynəlxalq Xalq yaradıcılığı festivalı keçirilib.
"Abşeron - Azərbaycanın sənətkarlıq paytaxtı - 2014" layihəsi çərcivəsində Festivalda respublikamızı Abşeron rayon mədəniyyət evinin aşıqlarından ibarət qrupu təmsil edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala yola düşən nümayəndə heyətinə aşıq Famil Mikayılov və onu müşayiət edən Kərəm Vəliyev, Nurlan Abbasov, Mehman Seyidov daxil olub.
Festivalda Azərbaycanla yanaşı 12 ölkəni təmsil edən folklor qrupları iştirak edirdi.

Abşeron aşıqlarınin ifasında səsləndiriliən Azərbaycan havası və Şirvan gözəlləməsi böyük maraqla qarşılanıb.

Forumda Çeçenistan Respublikasının Mədəniyyət naziri Baudi Daaevə Abşeron rayonunda aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirən kitablar, Abşeron rayonuna xas olan xalça və Azərbaycan bayrağı hədiyə edilib.

Abşeron aşıqları Çeçenistanda

Abşeron aşıqları Çeçenistanda


(absheronxeber.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR