Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Fransada təhsil almaq istəyənlər üçün şad xəbər

Fransada təhsil almaq istəyənlər üçün şad xəbər


ARDNŞ və TOTAL şirkətlərinin əməkdaşlığı çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 20.01.2015-ci ilədək uzadıldı. Fransada tələbələr həm ingilis həm fransız dilində təhsil almaq hüququna malikdirlər.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
Kimya mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektroenergetika mühəndisliyi
Elektrik mühəndisliyi
İnşaat mühəndisliyi
Kompüter mühəndisliyi (elmləri)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
Ekologiya (çevrə) mühəndisliyi

Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər.

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.

Qeydlər:
1. Müsabiqədə yalnız 29 yaşa qədər olan gənclər iştirak edə bilər.
2. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS (min. 6.0 bal) və yaxud TOEFL (min. 80 bal) sertifikatına malik olmalıdır.
3. Fransız dilində təhsil almaq üçün müraciət edən namizədlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR