Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir

Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir


"Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası" dekabrın 20-də Almaniyanın Türingiya vilayətinin Yena şəhərində “Azerbaijan Culture Day” adlı tədbir keçirdi. Fridrix Şiller adına Yena universitetində keçrilən tədbirdə vilayətin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici tələbələr, eyni zamanda yerli sakinlər iştirak etmişdir.

“Azərbaycan Mədəniyyət Günü” adlı tədbirin aparıcısı Şəlalə Yusifova ilk öncə çıxış üçün sözü “TASA”-nın sədri Alı Adıgözələ verdi. Təşkilatın sədri qonaqları salamladıqdan sonra, Azərbaycanın tarixi haqqında ümumi məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı. Alı Adıgözəl çıxışında Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da qeyd etdi.

Sonra, təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladıqları təqdimatlar nümayiş olundu. Azərbaycan coğrafiyası haqqında Murad Calalov, mədəniyyəti haqqında Dəryən Rüstəmov, Azərbaycanın iqtisadi imkanları barədə Bəhlul Məhərrəmov təqdimatla çıxış etdilər.

Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat oldu. Pia Plappert çıxışı zamanı ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların və azərbaycanlı tələbə yoladaşlarının böyük rolu olduğunu dedi. Sonra isə ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək ilk “Avropa Yay Olimpiya Oyunları” barədə ətraflı məlumat verdi. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən “Qarabağ FK”- nu xüsusi vurğuladı. Pia Plappert “Qarabağ FK”-nun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu qeyd etdi.

Azərbaycan haqqında geniş təqdimatdan sonra, tədbir iştirakçılarına nümayiş olunan mövzular barədə müxtəlif suallar verildi və qaliblər Azərbaycana aid hədiyyələrlə mükafatlandırıldı. Tələbələrin ifasında Azərbaycan milli rəqsindən nümunələr göstərildi. Alman qızla azərbaycanlı tələbənin “Naz eləmə” rəqsini nümayiş etdirməsi böyük coşqu və alqışla qarşılandı.

Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, foto və milli geyimlərlə tanış oldular.

Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir


Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir


Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir


Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir


Almaniyada təhsil alan gənclərimiz ölkəmizi layiqincə təmsil edir





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR