Sumqayıtda hava

Manşet, Cəmiyyət

Nazirlik Novxanı çimərliyində təmizlik aksiyası keçirdi - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Xəzər günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
ETSN-də baş tutan tədbirdə "Ekosfera” İB ilə birgə gənc və yeniyetmələr də iştirak edib. Onlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, görülmüş işləri əks etdirən film nümayiş etdirilib, viktorina və rəsm müsabiqəsi keçirilib.

Sonra iştirakçılar Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.
Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin qurumları və ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilib. Aksiya zamanı 2 hektar ərazi tullantılardan təmizlənib.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR