Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qəbul edir

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qəbul edir


Avqustun 14-dən Sumqayıt Dövlət Universitetində 2015/2016-cı tədris ilində qəbul olmuş abituriyentlərin sənəd qəbulu başlayıb. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin diqqət və qayğısı ilə tələbələr yüksək səviyyədə qarşılanırlar. Demək olar ki, universitetimiz gənc tələbələrin simasında yeni ruh, yeni nəfəs ilə yenidən canlanır. Bu gün universitetimizə daxil olan tələbələrin sevinc hissləri onu deməyə əsas verir ki, gələcəyimiz bilikli, bacarıqlı, savadlı gənclərin ruhunda yüksəlir.

Qeydiyyat zamanı ilk tanış olduğumuz tələbələr Kimya və biologiya fakültəsinin Ekologiya mühəndisi ixtisasına daxil olmuş Lalə Cabbarova, Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olmuş Təbib Məmmədov, Fizika  və elektroenergetika fakültəsinin Fizika ixtisasını seçmiş Yetər Mehrabova, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş Günel Qəribova söhbət zamanı bildirdilər ki, SDU-nu seçməklə professor-müəllim heyətinin yüksək səviyyəli bilik və bacarığı ilə keyfiyyətli təhsil alacağımıza və uğurlu karyera quracağımıza inanırıq. Biz də öz növbəmizdə, gənc tələbələrə  müvəfəqqiyyətlər arzulayırıq.

Qeyd edək ki, SDU-da 7 fakültə və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi, 45 kafedra, 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə isə magistr hazırlığı aparılır. Universitetdə 100-dən artıq əcnəbi tələbə təhsil alır. Ötən illərlə müqayisədə tələbə kontingenti 2 dəfədən çox artaraq 5 minə, tələbə qəbulu 645-dən 1242-yə, magistrların sayı isə 90-dan 350-yə çatdırılıb. Bu il isə 1695 tələbə qəbulu həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq SDU-da təhsil almaq istəyən tələbələrin sayı ilbəil artır. Bu da SDU-nun ən böyük uğuru, nailiyyətidir.

SDU-nun Mətbuat xidməti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR