Sumqayıtda hava

Maraqlı

Bakı Ali Neft Məktəbi rekordu təzələdi

 



2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında və ödənişli əsaslarla aparılan plan yerləri üzrə müsabiqə nəticəsində I ixtisas qrupuna qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində qeydə alınıb.
Belə ki, BANM-nin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, "Neft-qaz mühəndisliyi "ixtisası üzrə minimal keçid balı 660 baldan 667 bala, "Kimya mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 648 baldan 659 bala yüksəlib.
Nəticələrə əsasən, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı - 679 bal göstəricisi ilə qeydə alınıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR