Sumqayıtda hava

İqtisadiyyat

Xarici şirkətlərin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar


"Sumqayıt Kimya Sənaye Parkı” MMC-də qərargahı Birləşmiş Ərəb Əmirliyində yerləşən "SYSCON” və Çinin "Chonqging International Association” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.
"YeniSumqayit.Az"ın SKSP-nin rəsmi internet saytına istinadla verdiyi xəbərə əsasən, MMC-nin direktor müavini Zaur Məmmədov qonaqlara Sumqayıt Kimya Sənaye Parkının infrastrukturu, parkda investorlar üçün yaradılmış əlverişli imkanlar barədə ətraflı məlumat verib.
Qonaqlara Sənaye Parkının gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Hər iki şirkət Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisələrinin qurulmasına maraq göstəriblər.
Qeyd edək ki, "SYSCON” şirkəti MDB, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələrinə dünya brendli məişət avadanlıqlarının distribyutorluğunu həyata keçirir. "Chonqging International Association” şirkəti isə kimya və neft-kimya aralıq məhsullarının istehsalı, o cümlədən etilen, PTO, asitat, asetilen və s. üzrə ixtisaslaşıb.
Məlumat üçün bildiririk ki, hazırda Sənaye Parkının 4 rezidenti var. Bundan başqa, sənaye parkına Almaniya, Fransa, Çin və s. ölkələrin şirkətlərindən 20-yə yaxın investisiya layihəsi daxil olub. Sumqayıt Kimya Sənaye Parkı müasir infrastrukturu və təqdim etdiyi güzəştli imtiyazlar paketinə görə dünyanın aparıcı sənaye parklarının sırasındadır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR