Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Bakı-Sumqayıt qatarında gediş haqqı - AÇIQLANDI

Bakı-Sumqayıt qatarında gediş haqqı - AÇIQLANDI


Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər. Bunu açıqlamasında Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, artıq bu barədə Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti təkliflərini Tarif Şurasına təqdim edib.
N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirib:
"Qiymətlər sosial yönümlü olacaq. Bununla bağlı təkliflər artıq verilib. Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir”.
Yeni tikilən Bakı-Sumqayıt dəmir yolunda son tamamlama işlərinin aparıldığını qeyd edən mətbuat xidmətinin rəhbəri bildirib ki, layihə ilə bağlı 63 kilometr yeni xətt nəzərdə tutulub. Onun sözlərinə görə, yeniliklər təkcə yolun uzadılması ilə yekunlaşmır:
"Nəzərdə tutulan yeni 63 kilometrlik yolun artıq 60 kilometri hazırdır. Qatarları qəbul etmək üçün 4 platformamız var. Ona əlavə olaraq yeni platformalar tikilir. Sərnişinlərin keçməsi üçün turniketlər qurulur. Bununla yanaşı, rabitə siqnalizasiya sistemi tikilir. Həmçinin elektrik enerjisi təchizatı yenilənir. Hesab edirəm ki, bütün bunlar insanların rahatlığına və vaxtında mənzil başına çatmalarına xidmət edəcək”.
Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub.
Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.
Fins.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR