Sumqayıtda hava

Cəmiyyət

Almaniyalı qonaq Sumqayıt Bələdiyyəsində

Almaniyalı qonaq Sumqayıt Bələdiyyəsində

 

Almaniyanın "Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Aksel Müller Sumqayıt Bələdiyyəsinin sədri ilə görüşüb.
Bələdiyyə sədri Əbülfəz Babayev Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıtın çoxillik qardaşlıq əlaqələrinin uğurla davam etməsindən, sosial-iqtisadi sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin praktiki əhəmiyyətindən, bu iki sənaye şəhərinin partnyorluq münasibətlərinin nümunə olacaq dərəcədə faydalı olmasından söhbət açıb, Sumqayıtın ekoloji mühitinin sağlamlaşdırılması, qorunub-saxlanması istiqamətində əldə olunmuş uğurların təbliğinin aparılmasında alman ekoloq-mütəxəssislərinin səylərini yüksək dəyərləndirib.
Ə.Babayev ilk Avropa oyunları ərəfəsində Almaniya Bundestaqının Azərbaycanla bağlı qeyri-obyektiv müzakirələr aparmaqla sənəd qəbul etməsini pisləyərək, bu məsələyə birgə və obyektiv münasibət bildirilməsini təklif edib.
Almaniyalı qonaq son dövrlərdə Azərbaycanda baş verən müsbət dəyişikliklərdən, "Evrovizion” müsabiqəsinin və İlk Avropa Olimpiya oyunlarının yüksək səviyyədə təşkilindən, sumqayıtlı idmançıların da həmin yarışlarda əla nəticələr göstərərək, qızıl və gümüş medallar qazanmasından söz açıb. O, bütün beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın haqq səsini Almaniyanın daim dəstəklədiyini, "Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində respublikamızda 20-ə qədər sosial yönümlü layihənin həyata keçirildiyini diqqətə çatdırıb, Sumqayıt-Lüdviqshafen dostluq və partnyorluq əlaqələrinin ildən-ilə daha da inkişaf edərək, güclənməsindən, şəhərdə fəaliyyət göstərən Alman dili mərkəzinin səmərəli fəaliyyətindən, onun bir-çox məzunlarının öz təhsillərini Almaniyada uğurla davam etdirməsindən məmnunluqla danışıb.
Görüş zamanı şəhərlərimizin partnyor əlaqələrinin, xalqlarımızın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndiriləcəyi, yeni birgə layihələrin reallaşmasının Azərbaycanda, eləcə də Sumqayıtda uğurla davam etdiriləcəyi bildirilib, gələcək fəaliyyət proqramı ilə bağlı geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Zaman.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR